Sərəncam: Ağdaş və Bərdə rayonlarının kəndlərində modul tipli 9 məktəb quraşdırılacaq
Bakı, 7 aprel, AZƏRTAC
Prezident İlham Əliyev aprelin 7-də “Ağdaş və Bərdə rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Ağdaş və Bərdə rayonlarında cəmi 412 şagird yerlik modul tipli 9 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon 595 min manatı Təhsil Nazirliyinə ayrılıb.
Sərəncama əsasən Ağdaşın Xınaxlı, Malay, Əmirmahmud, Binələr və Bulaqotağı, Bərdənin İmamqulubəyli, Böyük Qəcər, Nəcəfqulubəyli və Təhlə kəndlərində modul məktəblər quraşdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:50]
Türkiyənin Sinop Universiteti ADAU ilə əməkdaşlıqda maraqlıdır
- 05.06.2026 [13:42]
Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub
- 05.06.2026 [09:28]