Sergey Karyakin və Pavel Elyanov dünya kubokunun yarımfinalında tay-breyk oyunlarında qarşılaşacaqlar
Bakı, 29 sentyabr, AZƏRTAC
Çərşənbə axşamı, sentyabrın 29-da rusiyalı qrossmeyster Sergey Karyakin və onun ukraynalı həmkarı Pavel Elyanov Bakıda keçirilən dünya kubokunun finalına çıxmaq üçün tay-breyk oyunları keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, yarımfinalda bu iki şahmatçı arasında cavab oyunlarında qalib müəyyən edilməyib.
Rusiyanın digər nümayəndəsi Pyotr Svidler yarımfinalda hollandiyalı qrossmeyster Aniş Giriyə 1,5:0,5 hesabı ilə qalib gələrək həm dünya kubokunun finalına vəsiqə alıb, həm də 2016-cı il mayın 9-dan 28-dək keçiriləcək iddiaçılar turnirində çıxış etmək hüququ qazanıb.