Sərgi iştirakçıları AzTU-da həyata keçirilən yeniliklər barədə məlumatlandırılıb
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Dövlət İmtahan Mərkəzində təşkil olunan ali təhsil müəssisələrinin sərgisində iştirak edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor sərgi çərçivəsində keçirilən AzTU-nun xüsusi təqdimatında abituriyentlər və onların valideynləri ilə görüşüb, universitetdə aparılan yeniliklər, həyata keçirilən layihələr barədə məlumat verib.
Sonda abituriyentlərin sualları cavablandırılıb.