Sərgidə abituriyentlər BDU-da təhsil imkanları barədə məlumatlandırılıb
Bakı, 1 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisi çərçivəsində abituriyentlər üçün infosessiya keçiriblər.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
İnfosessiyada Karyera və məzunlarla iş mərkəzinin şöbə müdiri Günel Qurbanova və Tədrisin təşkili və idarə olunması mərkəzinin Təcrübənin təşkili sektorunun müdiri Nərgiz Abbas abituriyentlərə ixtisas seçimi, BDU-nun təhsil və təcrübə imkanları, elmi və beynəlxalq əlaqələri, ikili diplom proqramları, tələbələrin sosial həyatı və karyera planlaması barəsində məlumat veriblər. Həmçinin universitetin elmi-metodiki bazası və digər imkanları haqqında təqdimat ediblər.
Sonda abituriyentlərin və valideynlərin sualları cavablandırılıb.