Şərqşünaslıq İnstitutunda tədris prosesi onlayn şəkildə həyata keçirilir
Bakı, 28 aprel, AZƏRTAC
AMEA-nın akademik Ziya Bunyadov adına Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsi fəaliyyətini pandemiya dövründə onlayn şəkildə davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova doktorant və dissertantlarla qarşılıqlı işini davam etdirir.
Şərqşünaslıq İnstitutunda fevralın 17-dən mayın 25-dək istehsalat təcrübəsi keçən Azərbaycan Turizm və Menecment Universitetinin Xidmət mühəndisliyi fakültəsinin Qafqaz üzrə Regionşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Samir İsayev təcrübə rəhbəri - Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə ilə onlayn tədris əsasında biliklərini artırır.
Aprelin 28-də Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Azərbaycan Xalq Cümhuriyyəti - İran münasibətləri (1918-1920-ci illər)” mövzusunda “Zoom” proqramı vasitəsilə onlayn mühazirə oxuyub.