ŞƏRUR RAYON ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ MƏRKƏZİNİN İNZİBATİ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binası istifadəyə verilmişdir.
Açılış mərasimində muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin ardıcıl şəkildə həyata keçirildiyini bildirmişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov demişdir ki, Ali Məclisin sessiyasında 2008-ci il inkişaf və tərəqqi ili elan olunmuşdur. Eyni zamanda, ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin 85 illiyinin qeyd olunması üçün geniş tədbirlər nəzərdə tutulmuşdur. Artıq muxtar respublikada bu tədbirlərin həyata keçirilməsinə start verilmişdir. Həmin tədbirlər planına uyğun olaraq, muxtar respublikada 85 obyektin tikilib istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Rayon əhalinin sosial müdafiəsi mərkəzinin bu gün istifadəyə verilən inzibati binası məhz həmin obyektlərdən biridir.
Muxtar respublikada əlillərə göstərilən dövlət qayğısından danışan Ali Məclisin sədri bildirmişdir ki, keçən il 4 əlil ailəsi mənzillə təmin olunmuşdusa, bu il 10 şəhid və əlil ailəsinə yeni mənzil veriləcəkdir.
Açılışı bildirən lent kəsildikdən sonra yeni binada iş otaqlarına, xidmət sahələrinə baxış keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]