Səudiyyə Ərəbistanı neft istehsalına görə dünya lideri olub
Bakı, 24 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanı neft istehsalına görə dünya lideri olub.
AZƏRTAC xəbər verir ki, dünyanın ən çox neft hasil edən ölkəsi olan Rusiya fevral ayında istehsaldakı düşmə səbəbi ilə öz liderlik mövqeyini itirib.
Rusiyanın Federal Statistika Xidmətinin (“Rosstat”) məlumatına görə, fevral ayında Rusiyanın neft istehsalı əvvəlki ayla müqayisədə 9,5 faiz azalaraq gündəlik 9,53 milyon barrelə düşüb.
2017-ci il fevral ayından etibarən ard-arda 11 ayı ərzində dünyanın ən çox neft istehsal edən ölkəsi olan Rusiya fevral ayında gündəlik 9,98 milyon barrel neft çıxaran Səudiyyə Ərəbistanından geridə qalıb.
Hesabat dövründə neft ixracının Rusiyanın ümumi ixracındakı payı 29,9 faiz olub, bütün yanacaq və enerji məhsullarının payı isə 45 faiz təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]