Sığorta brokerləri Sığortaçılar Assosiasiyasına üzv olmaq üçün müraciət edib
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən “Status Sığorta Brokeri” MMC Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) üzv olub.
ASA-dan AZƏRTAC-a verilən məlumata görə, adı çəkilən sığorta brokeri şirkəti ASA-ya üzvlüklə bağlı rəsmi müraciət ünvanlayıb. Müvafiq təşəbbüs ASA rəhbərliyi tərəfindən müsbət qəbul edilib və broker şirkət Assosiasiyaya üzv olub. Broker şirkət ASA-ya üzv olmaqla Assosiasiyanın komitə iclaslarında və həyata keçirilən genişmiqyaslı layihələrdə iştirak edə biləcək, bununla yanaşı fəaliyyətinin stimullaşdırılmasında ASA-nın imkanlarından istifadə etmə imkanı əldə edib.
Məlumatda qeyd olunur ki, daha 2 sığorta brokeri şirkəti ASA-ya üzvlüklə bağlı rəsmi müraciət ünvanlayıb. Hazırda onların müraciətlərinin dəyərləndirilməsi istiqamətində iş aparılır. Yaxın vaxtlarda o şirkətlərin də ASA-ya üzv olacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası fəaliyyətə başladığı ilk illərdə sığorta şirkətləri ilə yanaşı, brokerlərin də ASA-ya üzvlüyü ilə bağlı təcrübə olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]