SİNAY YARIMADASINDA AĞIR YOL-NƏQLİYYAT QƏZASI BAŞ VERMİŞDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, oktyabrın 6-da Sinay yarımadasındakı Rəs Sədr kurort şəhərinin 90 kilometrliyində universitet avtobusunun yük maşını ilə toqquşması nəticəsində 11 tələbə həlak olmuş, 24 nəfər yaralanmışdır. Qəza avtobusu sürətlə idarə edən sürücünün təqsiri üzündən baş vermişdir.
Yolların keyfiyyətsiz olması və sürücülərin yol hərəkəti qaydalarına riayət etməmələri Misirdə yol-nəqliyyat qəzalarının tez-tez baş verməsinə səbəb olur. Polisin məlumatına görə, hər il yollarda təqribən 6 min adam həyatla vidalaşır.