Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sirlərlə dolu müqəddəs ziyarətgahların ünvanı: Naxçıvan

Muxtar respublikadakı ziyarətgahlar yüz illərdir insanlara mənəvi rahatlıq bəxş edir

Naxçıvan, 7 aprel, AZƏRTAC

Şərqdə müqəddəs məkanlar çoxdur. Hətta uzun müddət Qərb aləmində belə bir deyim mövcud idi ki, Şərqdə iki cür ölkələr var: neft ölkələri və müqəddəs ölkələr. Uca Yaradanın bir lütfüdür ki, ölkəmiz təbii sərvətləri ilə yanaşı, həm də müqəddəs məkanları ilə tanınır. Sirlərlə dolu qədim Naxçıvan ərazisi də belə müqəddəs məkanları ilə seçilir.

Naxçıvan diyarı dünyanın ən böyük və sonuncu dini sayılan İslamın dərin kök saldığı, ümumilikdə, İslam ideyalarının geniş yayıldığı ərazi olub. Qədim diyar həm də bəşəriyyətin ikinci yaradılış yeridir. Dünya tufanından sonra Nuh Peyğəmbərin gəmisinin burada quruya çıxması və məzarının bu torpaqda olması hələ İslamdan xeyli əvvəl Naxçıvanın Ulu Yaradan tərəfindən insanlığın qurtuluşu üçün seçilmiş Yer olduğuna işarə edir.

Bu gün muxtar respublikanın ərazisində yerləşən tarixi-mədəniyyət abidələrindən 140-dan çoxunu ziyarətgahlar təşkil edir. Elə bu yazıda da həmin ziyarətgahlardan bir neçəsi haqqında söz açacağıq.

Əshabi-Kəhf ziyarətgahı

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən Əshabi-Kəhf ziyarətgahı yüz illərdir insanların üz tutduqları müqəddəs yerlərdən biridir. Ziyarətgah Naxçıvan şəhərindən 12-13 kilometr uzaqlıqda yerləşir. Bura təkcə müsəlmanlar üçün deyil, xristianlar və digər dinlərin nümayəndələri üçün də müqəddəs ocaq sayılır. Ona görə də hər il bu ziyarətgahı Azərbaycanın digər bölgələrindən və çoxsaylı xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaq ziyarət edir.

Əshabi-Kəhf barədə “Qurani-Kərim”in 18-ci surəsində (“Əl-Kəhf” - “Mağara”) bəhs olunur. “Əshabi-Kəhf” kimi tanınan mağaralar Balkan yarımadası, İordaniya, Skandinaviya, İspaniya, Əlcəzair, Misir, Suriya, Əfqanıstan, Türkiyə ərazisində də var. Lakin “Qurani-Kərim”də göstərilən bir çox məlumatlar, xalq arasında mövcud olan rəvayətlər və bəzi tarixi faktlar müqəddəs kitabda haqqında bəhs edilən yerin məhz Naxçıvandakı Əshabi-Kəhf olduğunu təsdiq edir. Burada coğrafi cəhət oxşarlığı xüsusilə diqqəti çəkir. Bu məsələ “Qurani-Kərim”in 18-ci surəsinin 17-ci ayəsində belə açıqlanır: “Baxsaydın, Günəşin mağaranın sağ tərəfindən doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin...” Adətən, mağaranın içərisinə girəcəkdən baxarkən (yəni girişdən sağ və sol nəzərdə tutulur), məhz Naxçıvandakı Əshabi-Kəhfdə içəri girən (baxan) adamın sağı (bu nisbətdə mağaranın sağ tərəfi) gündoğana düşür.

Əshabi-Kəhf haqqında İslam aləmində mövcud olan bir hədis də ziyarətgahın Naxçıvan ərazisində olduğuna işarə edir. Hədisə görə, Ərəb Xilafətinin II xəlifəsi Ömərin dövründə 3 yəhudi gələrək xəlifəyə suallar verib. Sualları xəlifənin əvəzinə peyğəmbərin əmisi oğlu və sonralar xəlifə olmuş İmam Əli cavablandırıb. Yəhudi alimlərindən birinin sualı Əshabi-Kəhf və hökmdar zülmündən qaçan şəxslərin çıxdıqları dağla bağlı olub. Hədisdə yazılır: “Yəhudi alimi “Ey Əli, bu dağın və mağaranın adı nədir?” - deyə soruşub. İmam Əli cavab verib: “Ey yəhudi qardaşım, dağın adı Nahacilus, mağaranın adı isə Vasid idi. Mağaranın yaxınlığında ağaclar və püskürərək axan su var”.

Göstərilən hədisdə gənclərin qalxdıqları dağ - “Nahacilus” adlandırılır. Məlumdur ki, yunan dilində xüsusi isimlərin adlıq halında “-us”, “-is” şəkilçiləri işlədilir. O zaman Nahacilus sözündən adlıq hal şəkilçisini atanda qalan kök söz Nahacil və yaxud bu gün Əshabi-Kəhf yaxınlığındakı dağın adına uyğun olaraq desək, Nuhəcir - Nəhəcirdir. Əshabi-Kəhfdəki “Cənnət bağı” ağaclara işarədir. Vaxtaşırı püskürən bulaq isə bu gün də Əshabi-Kəhf ziyarətgahına gedərkən yolun sağ tərəfində qalan dərədədir. Ziyarətgahdakı məscidin qarşısında “qara daş” var. Onun səmadan gələn meteorit daşı olduğu deyilir. Daşın nə zamandan burada mövcud olması barədə məlumat yoxdur. Zəvvarlar həmin daşa toxunur, onun ətrafında dövr edir, niyyət tuturlar. Məscidin yuxarı tərəfində yerləşən “Damcıxana” açıq salon şəklindədir. İlin yağışlı və quraq keçməsindən asılı olmayaraq, həmin yerdə tavandan su damır. Burada niyyət edərək gözləyirlər. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez, bədənin hər hansı bir yerinə düşməsi isə nisbətən gec hasil olacağı kimi yozulur. Damcı düşməsə, deməli, niyyət qəbul olunmur. Ziyarətgahda ən uca yer əvvəllər çıxmaq üçün təhlükəli hesab edilən “Cənnət bağı”dır. Bu gün ziyarətçilər dəmir pilləkənlərlə bura rahat çıxa bilirlər. Silindrik formalı, hər tərəfdən yüksək qayalarla əhatə olunan bu məqam duaların qəbul olunduğu yer sayılır.

Təbii ki, Əshabi-Kəhfin indi ziyarətçilər və muxtar respublikaya gələn qonaqlar üçün ən çox maraq doğuran məkanlardan biri olmasında burada aparılmış abadlıq-bərpa işləri xüsusi əhəmiyyət daşıyır. Ziyarətgahda ilk dəfə 1998-ci ildə ümummilli lider Heydər Əliyevin tapşırığı ilə tikinti-abadlıq işləri görülüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarına əsasən, bura ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 aprel tarixli qərarına əsasən isə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi yaradılıb.

2006-cı ilin may ayında kompleksdə yenidən tikinti-abadlıq işləri görülüb. Məscidin içərisinə kəsmə daşlar döşənib, antik formada şəbəkəli pəncərələr quraşdırılıb. 1769-cu ildən naxçıvanlı Şükürullah xan tərəfindən burada “Qurani-Kərim”in “Əl-kəhf” surəsi yazılan mərmər daşın ətrafı xüsusi kərpiclə hörülüb. Ən mühüm yeniliksə məscidin həyətindəki qara daşın üzərində ucaldılan səkkizbucaqlı, günbəzli tikilidir. İkitərəfli qapısı olan bu günbəz milli memarlıq xüsusiyyətlərini əks etdirən ornamentlərlə bəzədilib. Cənnət bağına qalxmaq üçün quraşdırılan pilləkənlər də möhkəmləndirilib, rənglənib. Damcı mağarada görülən işlər isə xüsusilə təqdirolunasıdır. 21 metrdən yuxarı olan bu yüksəkliyə doğru 50 metr məsafədə geniş pillələr hörülüb, ətrafı dəmir məhəccərlərlə bağlanıb. Mağaranın içərisində də abadlıq işləri görülüb, sal daşlar düzülüb, xüsusi oturacaqlar quraşdırılıb. Damcı mağarasında görülən işlər də daxil olmaqla, burada tonlarla tikinti materialından istifadə olunub. Bütün bunlar isə heç bir texniki vasitədən istifadə edilməməklə yerinə yetirilib.

Nuh Peyğəmbərin türbəsi

Son illərdə yerli və əcnəbi vətəndaşlar, müxtəlif dinlərin nümayəndələri tərəfindən ən çox ziyarət edilən ünvanlardan biri də Nuh Peyğəmbərin Naxçıvan şəhərində yerləşən türbəsidir. Nuhun türbəsinin Naxçıvanda olması haqqında İ.Şopen, D.Monpere, K.A.Nikitin, V.M.Sısoyev və digər tədqiqatçılar məlumat veriblər. K.A.Nikitinin “Naxçıvan şəhəri və Naxçıvan qəzası” adlı məqaləsində Həzrəti Nuh Peyğəmbərin buradakı məzarı və türbəsi aşağıdakı kimi təsvir olunub: “Nuhun qəbri Naxçıvan şəhərinin cənub tərəfində, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın hazırkı görkəmi 8-ci yüzillikdə bərpa edilib. İndiki görkəmdə məzar yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır. Əvvəlcə burada məbəd olmuş, sonra uçub dağılmışdır. Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, ortadan daş dirəklə möhkəmləndirilmiş, sərdabə tipindədir. Rəvayətə görə, həmin dirəyin altında Nuhun cənazəsi yerləşir. Sərdabədə obrazların və bəzəklərin təsviri yoxdur. Sərdabənin divarları ağardılıb, səyyahların və ibadətə gələn zəvvarların müxtəlif dillərdə olan adları ilə yazılıb”. 

V.M.Sısoyev əsərində “Nuhun türbəsi” haqqında məlumat verərkən sərdabənin tərəflərinin 2,5 metr olan səkkizguşəli prizma şəklində qeyd edib. Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli (1892-1922) XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun türbəsinin naturadan şəklini çəkib. Əsərdə Nuh Peyğəmbərin türbəsi ilə yanaşı, türbənin yerləşdiyi ərazi də təsvir edilib. XIX əsrin 80-ci illərində Naxçıvan şəhərində yaşayıb pedaqoji fəaliyyətlə məşğul olmuş rus maarifçisi K.A.Nikitin yerli əhalinin köməyi ilə Nuh Peyğəmbərin bu qədim diyarla əlaqəsinə dair rəvayətləri toplayıb yazıya alıb və onun buradakı məzarının yerini müəyyənləşdirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 2006-cı il 28 iyun tarixli Sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunub, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılıb.

İmamzadələr

Muxtar respublika ərazisində keçmiş zamanlardan bu günümüzədək ziyarət edilən ünvanlar içərisində imamzadələrin də özünəməxsus yeri var. İmam ailələrinə aid qəbirlər üzərində tikilmiş türbələr - imamzadələr, eyni zamanda, tarixi-mədəniyyət abidələri kimi dəyərlidir. 

Tarixdən məlumdur ki, imamlar Abbasi xəlifələri tərəfindən daim təqib olunub, bu səbəbdən də onların övladları təqibdən yaxa qurtarmaq üçün müxtəlif ölkələrə, eləcə də Azərbaycana, o cümlədən ölkəmizin gözəl guşəsi olan Naxçıvana pənah gətiriblər. Bu gün Naxçıvan şəhərində, Babək rayonunun Nehrəm kəndində və Şərur rayonunun Xanlıqlar kəndində imamzadələr mövcuddur. Şərur rayonunun Xanlıqlar kəndində yerləşən İmamzadə yeddinci İmam Musa Kazımın oğlu Şahzadə İbrahimin məzarı üzərində tikilib, uzun illər ziyarətgah və inanc yeri olub. Bu İmamzadə “Parçı İmamzadəsi” adı ilə də məşhurdur. Dini-tarixi abidə bərpa olunaraq ziyarətçilərin istifadəsinə verilib.

Naxçıvan şəhərindəki İmamzadə türbəsinin içərisində də əhali tərəfindən ziyarət edilən bir qəbir var. “Naxçıvan Abidələri Ensiklopediyası”nda bu türbə haqqında məlumat verilir. Qeyd olunur ki, qəbrin üzərində kitabə olmadığı üçün onun kimə aid olduğu haqqında dəqiq fikir söyləmək çətindir. Ancaq yaşlı əhalinin dediyinə görə, bu qəbirdə şiələrin səkkizinci İmamı olan İmam Rzanın oğlu dəfn edilib. Epiqraf-alim İ.Əzimbəyovun keçən yüzilliyin iyirminci illərində yazırdı ki, türbənin şimal-qərb tərəfində ərəb dilində kitabə olub. Kitabənin mətnindən məlum olur ki, bu imarətin tikilməsini böyük sultan, xaqan, hörmətli əmir sultan Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında mərhum, günahları bağışlanmış, Hacı Fulad bəyin oğlu, zəmanənin xeyirxahı həzrət Rufai bəy əmr edib. Kitabədə tarix qeyd olunmasa da, orada vurğulanan “Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında” sözlərinə əsasən türbənin inşa tarixini müəyyənləşdirmək mümkündür. Belə ki, Əbu Müzəffər şah Təhmasib Bahadır xan Səfəvi hökmdarı şah Sultan Hüseynin oğludur. Tarixdə II şah Təhmasib adı ilə tanınan bu şəxs 1722-1732-ci illərdə hakimiyyətdə olduğundan, türbənin XVIII əsrin 20-ci illərində inşa edildiyi güman olunur. Hazırda həmin imamzadə də ən müasir səviyyədə bərpa edilib.

İmamzadə türbələrindən biri də Babək rayonunun Nehrəm kəndində yerləşən XVIII əsrə aid memarlıq abidəsidir. Türbə bir çox dəyişikliklərdən, təmir və bərpa işlərindən sonra dövrümüzədək gəlib çatıb. Nehrəm İmamzadəsi türbə, təkyə və yardımçı binalardan ibarət böyük kompleksdir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət olunan bir qəbir var. Qəbrin üstü sənduqə formasındadır. Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə, qəbirdə şiələrin yeddinci İmamı Musa Kazımın oğlu Seyid Əqil dəfn olunub. Bu gün Nehrəm İmamzadəsində aparılan kompleks quruculuq və bərpa işləri möhtəşəmliyi ilə seçilir.

Müqəddəs pirlər, xanəgahlar, zaviyələr

Naxçıvan orta əsrlər dövründə, həm də elm və mədəniyyətin, idarəçilik ənənələrinin, türk-müsəlman varlığını nümayiş etdirən sufi mərkəzlərinin geniş yayıldığı məkanlardan olub. Əlincəçay, Pir Xamuş (Pir Qəmiş), Pir Yaqub, Xudu-Divanə, Şeyx Əbu Səid, Pir Eyvaz, Baba Yaqub, Xanağa, Piri-Süleyman, Piri Baba xanəgahları, İsfəndiyar zaviyəsi, Vənəndçay vadisindəki sufiliklə bağlı mərkəzlər məhz belə məkanlardandır. AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvanda sufiliklə bağlı mərkəzlər” kitabında bu haqda geniş məlumatlar verilir. Naxçıvan ərazisində çoxsaylı pirlər də var. Ağzirət piri, Asnı piri, Aşağı Buzqov piri, Aza piri, Ərəfsə piri, Ərməmməd piri, Havuş piri, İmminin ocağı, İnan ocağı, İydəli piri, Kilit piri, Qaş piri, Qərib piri, Malik İbrahim piri, Miranşah piri, Seyid Sultan Səfi piri, Üstüpü piri və adını sadalamadığımız onlarla bu cür pirə muxtar respublikanın əksər bölgələrində rast gəlmək mümkündür. Yaşı əsrlərlə ölçülən bu pirlər indi də insanların üz tutduğu, ziyarət etdiyi ocaqlardan sayılır. Bunların hər biri ayrıca bir yazının mövzusudur. 

Bu gün Naxçıvanda milli və mənəvi dəyərlərimiz, adət-ənənələrimiz ən yüksək səviyyədə yaşadılır. Tarixi abidələr dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Son 22 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilib, 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb. Həmin abidələr arasında çoxsaylı ziyarətgahlar da var. Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsinin səbəblərindən biri də burada İslam mədəniyyəti nümunələrinə göstərilən böyük diqqətdir.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib