Şirvanda ümummilli lider Heydər Əliyevin xatirəsi böyük ehtiramla anılmışdır
Şirvan, 11 may (AZƏRTAC). Mayın 10-da Şirvan şəhərindəki Heydər Əliyev Meydanında ümummilli liderin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş mərasimdə ulu öndərin xatirəsi böyük ehtiramla yad edilmişdir.
Şəhər icra hakimyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, şəhər sakinləri, ictimaiyyətin təmsilçiləri ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anmış, Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və foto şəkillərlə tanış olmuşlar.
Tədbir şəhərin Heydər Əliyev Parkında davam etmişdir.
Mərasim iştirakçıları parkda ulu öndərin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş kitab və məktəblilərin rəsm əsərlərindən ibarət sərgiyə maraqla baxmışlar.
Ümummilli liderin doğum günü ilə bağlı keçirilən şeir, mahnı, inşa və əl işləri müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edilmişdir.
Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]