Azərbaycan Dövlət İnformasiya Agentliyi

SOCAR AQŞ Qurtuluş Gününə həsr olunmuş vebinar təşkil edib

SOCAR AQŞ Qurtuluş Gününə həsr olunmuş vebinar təşkil edib

Bakı, 16 iyun, AZƏRTAC

SOCAR AQŞ-nin təşəbbüsü və iştirakçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş vebinar təşkil edilib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçılarını salamlayan SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev bugünkü tədbir iştirakçılarından bir çoxlarının müstəqilliyin ilk illərində dövlətimizin üzləşdiyi təhdidlərin və xalqımızın yaşadığı faciələrin canlı şahidi olduqlarını deyib: “Belə bir zamanda, məhz ulu öndər Heydər Əliyevin xalqın dəvəti ilə Naxçıvan Muxtar Respublikasından Bakıya qayıdışı ölkəmizdə hökm sürən özbaşınalığın aradan qaldırılmasına və ictimai-siyasi sabitliyin təmin olunmasına ciddi zəmin yaratdı. Qısa müddət ərzində ölkədə köklü islahatlar həyata keçirildi, Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz xarakter almasında misli görünməmiş fədakarlıq etdi”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlametlərarası komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı rəsmi nümayəndə heyətinin başçısı, professor Səməd Seyidov bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi arenaya yenidən qayıdışı 1988-ci ildən etibarən faciələr və ağır itkilərlə üzləşən xalqın ümid çırağına çevrildi: “Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərə nəzər saldıqda şahid oluruq ki, onun bütün fəaliyyəti Azərbaycan naminə qurtuluşa həsr edilib. Milli və mədəni kimliyimizin qorunması, milli hərbi kadrların yetişdirilməsi istiqamətində Ə.Naxçıvanski adına hərbi məktəbin yaradılması, istedadlı gənclərin ali təhsil üçün ittifaqın digər respublikalarına göndərilməsi əslində müstəqilliyimizə gedən yolun başlanğıcı idi. 1993-cü ildə hakimiyyətlə gəlməklə ulu öndər Heydər Əliyev 10 il ərzində 100 ilə bərabər işləri həyata keçirə bildi. “Əsrin müqaviləsi”nin imzalanmasından tutmuş 1998-ci ildə Avropa Şurasında Azərbaycan bayrağının dalğalanmasına kimi qət edilən yol məhz onun müəllifi olduğu yol xəritəsinin dividentləri idi. Gənc nəslə tövsiyəm budur ki, min bir məşəqqət hesabına qoruyub saxladığımız dövlətçiliyimizi öz bilik və bacarıqlarını milli kimlikləri ilə sıx birləşdirərək Azərbaycanı qorumağı bacarsınlar, təəssübkeş olsunlar”.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, tarix elmləri namizədi Məlahət İbrahimqızı Ulu Öndərin milli kontekstdə o cümlədən, bölgənin təhlükəsizliyində oynadığı misilsiz roldan geniş söhbət açıb: “Ulu öndər Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını almaqla həm də Azərbaycanın siyasi xəritədən silinməsinə əngəl oldu. Hərtərəfli tənəzzülə məruz qalmış dövlətə sahib çıxmaqla yanaşı, ümummilli lider Heydər Əliyev qonşu Gürcüstanda eks-prezident Zviad Qamsaxurdiyanın hakimiyyəti dövründə doğma yurdlarından didərgin salınan həmvətənlərimizin qayğıları ilə də məşğul olmağa başladı. Onun uzaqgörən siyasəti sayəsində tezliklə bu problemlər öz həllini tapdı, insanlarda öz dövlətinə, onun liderinə inam yarandı. Qonşu dövlətlər də daxil olmaqla bölgənin aparıcı siyasi qüvvələri ulu öndər Heydər Əliyevin timsalında Azərbaycanla hesablaşmalı oldular”.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib: “Ulu Öndərin fəaliyyətini əsas iki missiya üzərində cəmləşdirmək olar: xilaskar və quruculuq missiyası. Ümummilli lider Heydər Əliyev iqtisadi, siyasi və hərbi cəhətdən çox zəifləmiş bir dövlətə sahib çıxaraq onu dünyanın inkişaf etməkdə olan dövlətləri səviyyəsinə qədər yüksəldə bildi. 1993-1994-cü illərdə milli qanunvericilik bazamız çox zəif idi, dövlət xəzinəsi isə tamam boşalmışdı. Belə bir vəziyyətdə beynəlxalq arenada nəhəng siyasi və iqtisadi güclərin qarşısında ulu öndər Heydər Əliyev öz şəxsiyyəti və liderliyi ilə etimad qazanaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Bu müqavilənin Azərbaycan xalqının həyatındakı dəyəri gündən-günə artmaqdadır”.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva deyib: “27 il əvvəl respublikamızda baş verən o qanlı hadisələr bizə öz dövlətimiz və onun lideri ətrafında sıx birləşməyi öyrətdi. Ulu öndər Heydər Əliyevin tərtib etdiyi çərçivə planları sayəsində Azərbaycan Respublikası 200 illik dövlətçilik ənənəsinə malik, demokratik dəyərlərin beşiyi hesab edilən Böyük dövlətlərin qət etdiyi yolu cəmi 10 il ərzində gerçəkləşdirə bildi”.

“İki Sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə panel müzakirəsində Ulu Öndərin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi ideyaların vahid Azərbaycan naminə hesablanmış olduğunu vurğulayıb: “O dövrdə Xalq Cümhuriyyətindən bizə miras qalan üçrəngli bayrağın yenidən dalğalanmasına təkan verdi. Ulu öndər Heydər Əliyev Türkiyə Respublikasından 100 milyon ABŞ dolları məbləğində kreditin alınması ilə Naxçıvanın iqtisadi blokada vəziyyətindən çıxara bildi, daha sonra isə iki respublika arasında “Ümid” körpüsünün salınmasına nail oldu. Aparılan uğurlu danışıqlar sayəsində Türkiyə və İran İslam Respublikası ilə iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf etdirildi”.

Tədbirin sonunda SOCAR AQŞ-nin baş direktoru R.İsayev bildirib ki, ulu öndər Heydər Əliyev hələ Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışarkən hər bir azərbaycanlıda fəxarət hissi oyadıb: “Böyük azərbaycanlının xoş sədası dünyanın müxtəlif siyasi mərkəzlərinə qədər gedib çatmışdı. Onun fitri istedadı, böyük liderlik keyfiyyətləri günü bu gün də qlobal səviyyədə nəhəng siyasətçilər tərəfindən tanınır və qəbul edilir. O, xalqımızın ən çətin anlarında vətəndaş təəssübkeşliyini və siyasi iradəsini ortaya qoyaraq xalqına və dövlətinə sahib çıxmışdır. Onun həyatı məhz güclü, müstəqil və çağdaş Azərbaycan Respublikasının təşəkkül tapmasına həsr olunmuşdur. Xalqımız ulu öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutaraq onun memarı olduğu müasir Azərbaycan Respublikasının daha da güclənməsi üçün həmrəylik nümayiş etdirməkdədir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar