İQTİSADİYYAT
SOCAR-ın “Kompleks Qazma İşləri” tresti ötən il 71 quyu qazıb
Bakı, 19 yanvar, AZƏRTAC
SOCAR-ın “Kompleks Qazma İşləri” tresti tərəfindən 2017-ci ildə 71 quyu istismara təhvil verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə trest məlumat yayıb. Bildirilir ki, ötən ildə nəzərdə tutulmuş 115 min 184 metr qazma işi əvəzinə 115 min 200 metr qazma işi görülərək 71 quyu istismara təhvil verilib. Plan 100 faiz yerinə yetirilib.
“Kompleks Qazma İşləri” tresti hazırda payız-qış mövsümündə mavi yanacaqla təminatı gücləndirmək məqsədilə “Qaradağ” qaz anbarında quyular qazır.
Trest ötən il “Bulla Dəniz” yatağındakı qaz kondensatı hasil edən 123 saylı quyunu rekord müddətə qazıb. Belə ki, “MakKinzi Konsalting” şirkəti quyunun qazılmasını 237 günə, “Kompleks Qazma İşləri” trestinin mütəxəssisləri isə 240 günə proqnozlaşdırsalar da, quyu rekord həddə tez bir müddətdə - 227 günə qazılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]