SOCAR nümayəndələri Dünya Bankının GGFR təşkilatının rəhbər heyətinin illik iclasına qatılıb
Bakı, 26 oktyabr, AZƏRTAC
SOCAR-ın nümayəndə heyəti oktyabrın 25-26-da Birləşmiş Krallığın London şəhərində keçirilən Dünya Bankının “Səmt Qazının Məşəldə Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) təşkilatının Rəhbər Komitəsinin illik iclasında iştirak edib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə SOCAR-da həyata keçirilən bir sıra uğurlu layihələr haqqında məlumat verilib, səmt qazı atılmalarının 2 faizdən də aşağı səviyyəyə endirildiyi diqqətə çatdırılıb.
Şirkət tərəfindən 21 min ton CO2 ekvivalentində emissiyaların atılmasının qarşısının alındığı, SOCAR-ın regionda karbon kreditlərini əldə edən və satışını həyata keçirən ilk şirkət olduğu ifadə edilib.
Tədbirdə, həmçinin GGFR təşkilatının adının dəyişdirilərək “Flaring Methane Reduction Partnership - FMRP” olması təklifi irəli sürülüb və bu təklif iştirakçılar tərəfindən yekdilliklə qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]