İQTİSADİYYAT
“SOCAR Trading” “Türkmənistan Neft və Qaz” XXVI Beynəlxalq Konfransının baş tərəfdaşı elan edilib
![“SOCAR Trading” “Türkmənistan Neft və Qaz” XXVI Beynəlxalq Konfransının baş tərəfdaşı elan edilib](/files/2021/2/1200x630/1628782869882626201_1200x630.jpg)
Aşqabad, 12 avqust, AZƏRTAC
“SOCAR Trading” “Türkmənistan Neft və Qaz” XXVI Beynəlxalq Konfransının baş tərəfdaşı elan edilib.
AZƏRTAC xəbər verir ki, Aşqabadda oktyabrın 27-29-da Türkmənistanın Müstəqilliyinin 30 illiyi münasibətilə “Türkmənistanın Neft və Qazı-2021” XXVI Beynəlxalq Konfransı keçiriləcək.
Bu forum Türkmənistanın yanacaq-enerji kompleksi ilə beynəlxalq neft-qaz şirkətləri arasında beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək məqsədilə hər il ölkədə keçirilir.
Konfrans iştirakçıları TAPI qaz kəmərinin tikintisi, eləcə də dünya yanacaq-enerji sektorunun vəziyyəti və perspektivləri, Xəzər dənizinin Türkmənistan sektoruna investisiyaların cəlb edilməsi də daxil olmaqla bir sıra regional layihələrin həyata keçirilməsini müzakirə edəcəklər.
Konfransda milli və beynəlxalq neft şirkətlərinin, böyük beynəlxalq təşkilatların və maliyyə qurumlarının yüksək rəhbərliyinin iştirakı ilə təqdimatlar və sessiyalar keçiriləcək.
Forum və onun çərçivəsində neft-qaz təşkilatlarının və şirkətlərinin rəhbərləri səviyyəsində bir sıra digər görüşlər onlayn və ənənəvi şəkildə baş tutacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]