“SOCAR Turkey LNG” şirkətinin səhmlərinin 100 faizi satılıb
Bakı, 6 fevral, AZƏRTAC
“SOCAR Turkey LNG” şirkətinin səhmlərinin 100 faizi satılıb.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, “Naturelgaz” şirkəti “SOCAR Turkey”in maye qaz (LNG) və sıxılmış təbii qaz (CNG) paylama əməliyyatlarını təhvil alır. Belə ki, “Naturelgaz” “SOCAR Turkey LNG” şirkətinin səhmlərinin 100 faizini almaq üçün müqavilə imzalayıb. Müqaviləni “Naturelgaz”ın baş meneceri Hasan Tahsin Turan və “SOCAR Turkey”in daxili satış və marketinq üzrə direktoru Fuad İbrahimov imzalayıblar.
Satınalma əməliyyatı Türkiyənin əlaqədar qurumları tərəfindən təsdiqləndikdən sonra tamamlanacaq. Daha sonra “Naturelgaz” və “SOCAR Turkey LNG”nin “Naturelgaz”ın tərkibində fəaliyyət göstərməsi planlaşdırılır.
“Naturelgaz” 2019-cu ildə 167 milyon kubmetr CNG tədarük edib. “SOCAR Turkey LNG”nin isə il ərzində CNG və LNG tədarükü 35,4 milyon kubmetr olub.
Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]