Somalidə son iki ayda “Əl-Şəbab” qruplaşmasının 1650 yaraqlısı öldürülüb
Bakı, 5 oktyabr, AZƏRTAC
Somali Milli Ordusu son iki ayda həyata keçirdiyi hücum əməliyyatları zamanı 1650 “Əl-Şəbab” yaraqlısını öldürüb və 550-dən çox üzvünü yaralayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Somali hökuməti məlumat yayıb.
Bildirilib ki, qoşunlar yerli qüvvələr və beynəlxalq tərəfdaşlarla birlikdə yaraqlıların dayaq məntəqələrini dağıdıb və onların bir çoxunu hakimiyyət orqanlarına təslim olmağa məcbur ediblər.
"Somali Ordusu beynəlxalq tərəfdaşların dəstəyi ilə Qalmuduq və Hirshabelle bölgələrində terrorçulara qarşı mübarizədə hərbi uğurlar əldə edib. Son iki ay ərzində əməliyyatlar zamanı “Əl-Şəbab”ın yüksək rütbəli komandirləri öldürülüb, yaralanıb və ya əsir götürülüb", - məlumatda qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]