Azərbaycan Dövlət İnformasiya Agentliyi

Son 10 ildə peşə təhsili sahəsində aparılan islahatlar rəqabətqabiliyyətli kadrların hazırlanmasına təkan verib

Son 10 ildə peşə təhsili sahəsində aparılan islahatlar rəqabətqabiliyyətli kadrların hazırlanmasına təkan verib

Bakı, 13 avqust, AZƏRTAC

Peşə təhsilinə marağın artırılması, onun birinci seçimə çevrilməsi, prestijinin artırılması və peşə təhsilini bitirənlərin işlə təminatının gücləndirilməsi müasir dünyada əsas çağırışlardan biridir. Hazırda Azərbaycanda işçi qüvvəsinin 33 faizinin peşə və ali təhsil kvalifikasiyaları vardır. Yəni işçi qüvvəsinin 67 faizi əmək bazarına ümumi orta təhsili bitirməklə daxil olub və bunların böyük əksəriyyəti aşağı ixtisaslı işçi qüvvəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Təhsil Nazirliyinin əsas benefisiarı olduğu, təhsil və təlim sisteminin keyfiyyətini artırmaq məqsədinə xidmət edən “Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin İcrasına Dəstək” layihəsinin baş eksperti İlkin Nəzərov deyib.

O bildirib ki, kvalifikasiyasız işçi qüvvəsinin işsiz olma riski daha yüksəkdir və işsizlər arasında belələrinin nisbəti yuxarıdır. Hesablamalar göstərir ki, hazırda əhalinin 40 faizi əmək bazarına birbaşa orta təhsili bitirdikdən sonra daxil olur. İnkişaf etmiş ölkələr çalışır ki, insanlar əmək bazarına peşə təhsilindən sonra daxil olsunlar. Son 10 ildə Azərbaycanda peşə təhsilində aparılan islahatların da əsas məqsədlərindən biri məhz budur. Azərbaycanda son illərdə peşə təhsilinin normativ-hüquqi və institusional bazası gücləndirilib. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq düzəlişlər edilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib.

Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edən “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli qərarı ilə “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” təsdiq edilib. Bu, bütün pillələr və səviyyələr üzrə təhsilalanların bilik, bacarıq və səriştələrini müəyyənləşdirən və təsvir edən çərçivə sənədidir. Bu sənəd ölkə daxilində kvalifikasiyaları beynəlxalq təcrübəyə uyğun sistemləşdirir, beynəlxalq mobilliyi və milli kvalifikasiyaların xaricdə tanınmasını asanlaşdırır, ixtisasların və diplomların tanınmasına imkan yaratmaqla Azərbaycan vətəndaşlarının xaricdə təhsilinə və işləməsinə əlverişli şərait yaradır. Əmək bazarı ilə təhsil sistemi arasında əlaqələri gücləndirir, qeyri-formal və informal təhsil vasitəsilə əldə olunmuş səriştələrin tanınması sisteminin yaradılmasını təşviq edir.

Azərbaycan Respublikasının Prezidenti ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam verib.

Nazirlər Kabinetinin 2020-ci il 18 avqust tarixli qərarı ilə Təhsil Nazirliyinin tabeliyində “Peşə Təhsilinin İnkişafı Fondu” yaradılıb. “Peşə təhsilinin dövlət standartları” təsdiq edilib. Peşə təhsil mərkəzlərinin publik hüquqi şəxsə çevrilməsinə başlanılıb.

İlkin Nəzərov diqqətə çatdırıb ki, son 10 ildə Azərbaycanda peşə təhsilində infrastrukturun təkmilləşdirilməsi və genişləndirilməsi sahəsində də mühüm addımlar atılıb. Müasir standartlara cavab verən yeni peşə təhsili mərkəzləri tikilib və əsaslı təmir edilib. Peşə təhsilində rəqəmsallaşdırmanın gücləndirilməsi məqsədilə peşə təhsilinin onlayın idarə edilməsi sistemi üzərində işlər aparılır, onlayın tədrisin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Menecer, pedaqoji-mühəndis heyətin gücləndirilməsi və onların potensialının artırılması üçün müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb, peşə təhsili müəssisələrinə işə qəbul imtahanları təşkil edilib. Çoxsaylı təlimlər keçirilib, xarici ölkələrə təcrübə səfərləri edilib.

Peşə təsilin məzmununun əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində peşə-kvalifikasiya standartlarına əsaslanan kurikulumlar hazırlanıb, modul strukturlu səriştə əsaslı təlim materialları hazırlanıb və tədrisinə başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli müvafiq Fərmanına əsasən, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilməsi yolu ilə yenidən təşkil edilib. Agentlik Azərbaycanda beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi sahəsində peşəkar qurumdur. Agentlik həmçinin peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərir. Qeyri-formal təhsilin tanınması karyera imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Artıq, aşpaz və bərbər ixtisasları üzrə qiymətləndirmə və tanınma prosesinə başlanılıb.

İşəgötürənlərlə əməkdaşlığın artırılması və iş yerində təlim mexanizminin formalaşdırılması məqsədilə işəgötürənlərlə birgə layihələr həyata keçirilir.

İlkin Nəzərov vurğulayıb ki, əmək bazarına inteqrasiya baxımından peşəyönümü xidmətlərinin inkişaf etdirilməsi zəruridir. Bununla bağlı təhsilalanlar və məzunlarla müvafiq işlər aparılır. “Açıq qapı” günləri təşkil edilir, təhsilalanlar üçün CV yazmaq, müsahibədə iştirak etmək mövzularında təlim-seminarlar keçirilir. Ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanması məqsədilə peşə təmayüllü siniflər təşkil olunub. Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnirlər. Peşə təmayyüllü siniflər 2019/2020-ci tədris ilində 14 şəhər və rayonda ümumilikdə 20 məktəbdə 420 şagirdlə fəaliyyətə başlayıb. 2020/2021-ci tədris ilində 15 yeni sinif açılmaqla “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin əhatəsi daha da genişləndirilib. Layihə 28 şəhər və rayonda 35 məktəb, 55 sinif, 1187 şagird, 165 müəllim heyəti ilə tədris prosesini davam etdirib. Layihə çərçivəsində peşə təmayüllü siniflərin yerləşdiyi ümumtəhsil məktəblərində müxtəlif peşələrə uyğun yeni emalatxanalar və sinif otaqları qurulub, müvafiq avadanlıqlarla təchiz edilib. 2021/2022-ci tədris ilində peşə təmayüllü siniflərin sayının 80 məktəbdə 124 sinfə, şagirdlərin sayının isə 2500-ə çatdırılması planlaşdırılır. Həmçinin 35 ümumi təhsil müəssisəsində 700 nəfər şagird üçün “Sürücülük” modulunun və “STEAM” metodologiyasının tətbiqi nəzərdə tutulub.

“Yuxarıda qeyd olunan istiqamətlərdə peşə təhsilində islahatların daha da genişləndirilməsi, sistemliyin və davamlılığın təmin edilməsi zəruridir. Digər tərəfdən peşə təhsil mərkəzlərinin fəaliyyətinin effektivliyinin və səmərəliliyinin artırılması qarşıda duran ən ümdə məsələlərdən biridir”, - deyə İlkin Nəzərov qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb