CƏMİYYƏT
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 129 yoluxma faktı qeydə alınıb
![Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 129 yoluxma faktı qeydə alınıb](/files/2022/3/1200x630/16645417604144265196_1200x630.jpeg)
Bakı, 30 sentyabr, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 129 yoluxma faktı qeydə alınıb, 213 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 821 min 440 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 min 587 nəfər müalicə olunaraq sağalıb, 9 min 914 nəfər vəfat edib. Aktiv xəstə sayı 936 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 400, bu günə qədər isə ümumilikdə 7 milyon 249 min 967 test icra olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]