CƏMİYYƏT
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 371 yoluxma faktı qeydə alınıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 371 yoluxma faktı qeydə alınıb, 508 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 818 min 634 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 806 min 701 nəfər müalicə olunaraq sağalıb, 9 min 873 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 60 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 664, bu günə qədər isə ümumilikdə 7 milyon 203 min 417 test icra olunub.