CƏMİYYƏT
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 49 yoluxma faktı qeydə alınıb
![Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 49 yoluxma faktı qeydə alınıb](/files/2022/2/1200x630/16570247244500658105_1200x630.jpeg)
Bakı, 5 iyul, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 793 min 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 465 nəfər müalicə olunaraq sağalıb, 9 min 718 nəfər vəfat edib. Aktiv xəstə sayı 254 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 403, bu günə qədər isə ümumilikdə 6 milyon 974 min 930 test icra olunub.