CƏMİYYƏT
Soyuq zəncir avadanlıqlarından düzgün istifadə edilməsi məqsədilə tibb müəssisələrində təlimlər təşkil edilib
Bakı, 4 noyabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi çərçivəsində ölkədə peyvəndlərin saxlanması üçün soyuq zəncir sisteminin gücləndirilməsi məqsədilə yerli səhiyyə tərəfdaşlarına tibbi avadanlıqlar təhvil verilib.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bu avadanlıqlardan düzgün istifadənin təmin edilməsi məqsədilə yerli tibb müəssisələrinin əməkdaşları üçün müvafiq təlimlər təşkil edilib.
Avropa İttifaqı nümayəndəliyinin Şəki-Zaqatala bölgəsinə təşkil etdiyi media-tur çərçivəsində məlumatların keyfiyyətli şəkildə toplanması və proqrama daxil edilməsi prosesi izlənib.