Stokholm birjasında səhmlərin qiyməti düşür
Stokholm, 3 fevral, Nərgiz Cəfərli, AZƏRTAC
Stokholm Fond Birjası ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni tariflər təhlükəsi səbəbindən ticarətə kütləvi enişlə başlayıb.
AZƏRTAC xəbər verir ki, OMXS indeksi 2,5 faiz ucuzlaşıb və OMXS30 siyahısına daxil olan şirkətlərin əksəriyyəti mənfi dinamika nümayiş etdirir. Ən böyük itkilər səhmləri 4,5 faiz ucuzlaşan İsveçin tikinti qrupu SBB, eləcə də 4 faiz dəyər itirən kondisioner avadanlığı istehsalçısı “Nibe” tərəfindən qeydə alınıb.
Sabit biznesi olan bəzi şirkətlər qeyri-müəyyən vaxtlarda daha yaxşı işləyirlər. Belə ki, İsveçin transmilli telekommunikasiya şirkəti “Telia”nın səhmləri 0,4 faiz bahalaşıb, “Tele2” isə cəmi 0,3 faiz dəyər itirib.
İsveçin ən böyük şirkətlərindən biri olan “Volvo Cars”ın səhmləri kəskin ucuzlaşıb (5,6 faiz).
Bazar dəyişkənliyi fonunda ABŞ dolları əhəmiyyətli dərəcədə möhkəmlənərək 11,23 İsveç kronuna çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir
- 02.10.2026 [11:35]
Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır
- 02.10.2026 [11:15]
Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir
- 02.10.2026 [10:36]
Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur
- 02.10.2026 [08:54]
“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək
- 02.10.2026 [08:12]
Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb
- 02.10.2026 [07:46]
ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]