Su polosu yarışında Türkiyə komandası ikinci qələbəsini qazanıb
Bakı, 15 may, P.İmanova, N.Həsənzadə, AZƏRTAC
Mayın 15-də “Baku-2017”nin su polosu yarışında günün ikinci qarşılaşması Azərbaycan və Türkiyə komandaları arasında oynanılıb.
AZƏRTAC xəbər verir ki, görüşdə üstün oyun nümayiş etdirən qardaş ölkə təmsilçiləri qarşılaşmada böyük hesabla qalib gəliblər - 18:2.
Bu, su polosu yarışında Türkiyə millisinin ikinci qələbəsidir.
Azərbaycan millisi isə qrup mərhələsində keçirdiyi üç görüşdə ikinci dəfə uğursuzluqla üzləşib. İlk görüşdə İrana 10:16 hesabı ilə uduzan milli komandamız ikinci görüşdə İndoneziyanı 9:7 hesabı ilə məğlub etmişdi.