Sükan arxasında diqqətsizlik ABŞ-da hər il 3 min nəfərin ölümü ilə nəticələnir
Bakı, 21 may, AZƏRTAC
Sürücülərin sükan arxasında fikir dağınıqlığı hər il Birləşmiş Ştatlarda təxminən 3,2 min nəfərin ölümünə səbəb olur.
AZƏRTAC “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli İdarənin yeni statistikasında öz əksini tapıb.
2017-ci ili əhatə edən statistikaya əsasən, Birləşmiş Ştatlarda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 9 faizi (2935 hadisə) yollarda vəziyyətə lazımi diqqət ayırmayan sürücülərin günahından baş verib. Belə qəzalar 2017-ci ildə ABŞ-da 3166 nəfərin həyatına son qoyub ki, onlardan 599 nəfəri piyadalar və velosipedçilərdir.
ABŞ-ın Nəqliyyat Nazirliyinin məlumata görə, belə yol-nəqliyyat hadisələrinin 14 faizində (401 hadisə) sürücülərin diqqətini mobil telefonlar yayındırıb. Həmin qəzalar nəticəsində 434 nəfər həlak olub.
Ümumilikdə isə hesabat dövründə ABŞ-da ölümlə nəticələnən 34247 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar 37133 nəfərin həyatına son qoyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]