Azərbaycan Dövlət İnformasiya Agentliyi

SUMQAYIT POLİSİNİN FƏALİYYƏTİNİN YÜKSƏK GÖSTƏRİCİLƏRİ

Sumqayıtda cinayətlərin açılması göstəriciləri bir çox parametrlərdə ümumrespublika göstəricilərindən bir neçə faiz yüksəkdir. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyulun 18-də Sumqayıtda keçirilən operativ müşavirədə şəhər polisinin fəaliyyətini belə qiymətləndirmişdir. Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Sevindik Səfərov “2003-cü ilin 6 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin olunması” barədə hesabatla çıxış edərək, dedi ki, hüquq-mühafizə sisteminin bütün qurumlarının, habelə şəhər İcra Hakimiyyətinin əlaqələndirilmiş fəaliyyəti sayəsində cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasının təmin olunmasında, vətəndaşlarda qanunsuz saxlanılan silah və döyüş sursatının götürülməsində, narkotik maddələrin satışı və saxlanılması faktlarının aşkara çıxarılmasında, yol hərəkəti təhlükəsizliyinin təşkilində, eləcə də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunub saxlanması haqqında bəyanatında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində mühüm uğurlar qazanılmışdır. İlin əvvəlindən bəri cinayətkarlıqla mübarizədə yüksək nəticələr əldə olunmuşdur. Ağır və xüsusilə ağır cinayətlər 100 faiz açılmışdır. Bununla bərabər, görülmüş profilaktiki tədbirlər nəticəsində ötən dövrdə ağır cinayətlər keçən ilin müvafiq dövründəkinə nisbətən 17,9 faiz, qəsdən adamöldürmə 2 dəfə, qətl cəhdləri 5 dəfə, quldurluq 3 dəfə, oğurluq 15,8 faiz azalmışdır. 16 xüsusilə ağır cinayətin üstü dərhal açılmışdır. Axtarışda olan 83 cinayətkar əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır. Azərbaycan Prezidentinin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli Fərmanı yerinə yetirilərək, əhalidən qanunsuz saxlanılan 2 avtomat, müxtəlif markalı 4 tapança, 1 ov tüfəngi, 10 əl qumbarası, 1600-dək patron və döyüş sursatı götürülmüşdür.

Əhalidən narkotik və psixotrop maddələrin götürülməsi sahəsində də ciddi iş görülmüşdür. Əgər ötən ilin müvafiq dövründə 21 cinayət işi açılmışdısa və 1 kiloqram 7 qram narkotik maddə götürülmüşdüsə, hesabat dövründə 26 cinayət işi qaldırılmış və 1 kiloqram 300 qram narkotik maddə, o cümlədən 775,58 qram marixuana, 521,97 qram tiryək götürülmüşdür. Həm də bu zaman polisin fəaliyyəti, əsasən, narkotik maddələrin mənbələrinin və gətirilmə kanallarının aşkara çıxarılmasına və ifşa olunmasına yönəldilmişdir. Yol hərəkəti qaydaları pozulduğuna görə şəhər yol polisinin xətti ilə avtonəqliyyat vasitələrinin sürücüləri barəsində 7289 protokol tərtib edilmiş və bunun nəticəsində dövlət büdcəsinə 163 milyon manat köçürülmüşdür. DİN kollegiyası qərarının icrası üçün vətəndaşlara şəxsiyyət vəsiqələri verilməsi işi gücləndirilmişdir. Əgər əvvəllər hər ay vətəndaşlara 1500-2000 vəsiqə verilirdisə, indi bu rəqəm 5000-ə çatdırılmışdır. S.Səfərov məmnunluqla qeyd etdi ki, 18 əməkdaşın vəzifəsi və rütbəsi yüksəldilmişdir. Bununla yanaşı, o, şəxsi heyətin fəaliyyəti ilə əlaqədar narahatlıq doğuran bəzi məsələlər üzərində də dayandı. Məruzəçi daxili işlər orqanlarının əməkdaşlarına daimi qayğı və diqqətə görə, polis işçilərinin əmək haqqının və vəzifə maaşlarının bu yaxınlarda 50 faiz qaldırıldığına görə Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevə xüsusi minnətdarlığını bildirdi. Bölmələrin, xidmətlərin, habelə hüquq-mühafizə orqanlarının rəhbərləri müşavirədə çıxış edərək, cinayətkarlığa qarşı mübarizə ilə bağlı problemlər barəsində öz fikir və mülahizələrini söylədilər. Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev şəhərdə vəziyyətin sabit saxlanmasında, hüquq qaydasının və vətəndaşların təhlükəsizliyinin təmin edilməsində polisin müsbət rolundan danışdı. O, qeyd etdi ki, Azərbaycan Prezidenti Heydər Əliyev hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun möhkəm təməlini qoymuşdur, elə bir dövlətin ki, burada polis əməkdaşlarına hər cür şərait yaradılmış, onların maddi-texniki bazası möhkəmləndirilmiş, peşəkar kadrların sırada saxlanması, səviyyəsinin yüksəldilməsi sahəsində iş görülmüşdür. Natiq son 10 ildə Azərbaycan polisinin şanlı yol keçdiyini və dövlətçiliyin qorunmasının və möhkəmlənməsinin keşiyində layiqincə durduğunu vurğulayaraq dedi ki, son üç ayda Sumqayıtda həyata keçirilmiş dəyişikliklərdə, habelə onun abadlaşdırılması sahəsində görülən genişmiqyaslı işlərdə Sumqayıt polisinin xidməti böyükdür. Sonda respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov çıxış etdi. O, nəzərə çarpdırdı ki, Azərbaycan Prezidenti Heydər Əliyevin göstərişini yerinə yetirərək, Sumqayıtda tez-tez olmağı özünə borc bilir. Nazir şəhər Polis İdarəsinin yüksək nəticələrə nail olduğunu qeyd etdi. Onun fəaliyyətinin yüksək göstəriciləri idarənin rəhbərliyinin düzgün peşə, kadr, təşkilat siyasəti apardığına sübutdur. Başlıcası isə, onlar dövlətçiliyin mənafelərini etibarlı qoruyur, layiqincə xidmət edir, şəhərdə sabitliyin təminatçılarıdır. Bununla belə, nazir oktyabrın 15-dək – prezident seçkiləri gününədək 18 yaşı tamam olacaq vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi dinamikasından narahatlığını bildirdi. Nazir həmin xidmətin rəhbəri Bəxtiyar Aslanova xəbərdarlıq edərək bildirdi ki, o, buna görə ciddi məsuliyyət daşıyır. R.Usubov ümidvar olduğunu söylədi ki, Sumqayıt polisi Azərbaycan polisinə daim qayğı göstərən ölkə Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin tələb və göstərişlərini əsas tutaraq, öz dövlətinə və xalqına bundan sonra da şərəflə xidmət edəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb