Sumqayıt şəhər məktəbliləri “Xarici dil – karyeraya aparan yol” olimpiadasında biliklərini sınayırlar
Sumqayıt, 21 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Aprelin 21-də Sumqayıt Dövlət Universiteti (SDU) və Sumqayıt Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Xarici dil - karyeraya aparan yol” adlı olimpiadanın I mərhələsi keçirilir.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər məktəblərinin IX-XI sinif şagirdləri üçün ingilis, rus, alman dili üzrə ilk dəfə keçirilən yarışda Azərbaycan və rus bölməsindən 240 şagird biliklərini sınayır.
İki gün davam edəcək olimpiada şifahi mətnin oxunub başa düşülməsi və leksik-qrammatik test mərhələsi və dinləmə-yazı mərhələsindən ibarətdir.
Olimpiadanın qalibləri Sumqayıt Dövlət Universiteti və Sumqayıt Şəhər Təhsil Şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyə ilə təltif olunacaqlar.