“SUMQAYIT SƏNAYE İSTEHSAL” ASC-NİN SƏHMLƏRİNİN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ ELAN OLUNMUŞDUR
Müsabiqədə yerli və xarici sərmayədarlar iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar yüksək keyfiyyətli inşaat materialları, o cümlədən şüşəlifli boruların istehsalı və satışına nail olmaq məqsədi ilə iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, işçilərin sosial təminatının yaxşılaşdırılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun keyfiyyətinin beynəlxalq standartlara çatdırılması və çeşidinin genişləndirilməsi kimi məsələlərin həllini özündə əks etdirən investisiya proqramını təqdim etməlidirlər.
İddiaçılar, həmçinin dövlət büdcəsinə ödəniləcək 3,75 milyard manat
və ya 750 min AZN vəsaitdən və Komitəyə təqdim olunacaq 30 000 ədəd dövlət özəlləşdirmə çekindən az olmamaq şərtilə müvafiq təkliflər verməlidirlər.
Xarici sərmayədarlar təklif edəcəkləri dövlət özəlləşdirmə çeklərinin
sayına müvafiq dövlət özəlləşdirmə opsionları da təqdim etməlidirlər.
Müsabiqəyə yekun vurularkən müəyyən olunmuş şərtlər daxilində
maksimum məbləğdə sərmayə təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş, sənaye müəssisələrinin istismarı, inşaat materiallarının istehsalı sahəsində qabaqcıl təcrübəyə malik iddiaçıya üstünlük veriləcəkdir.
Müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı
müqaviləsi imzalandığı tarixdən 90 təqvim günü müddətində səhmdar cəmiyyətinin əmək haqqı və onlara bərabər tutulan borcları üzrə ödənişlərin həyata keçirilməsi, 90 təqvim günü müddətində təklif etdiyi pul vəsatinin dövlət büdcəsinə köçürülməsi və 120 təqvim günü müddətində müvafiq sayda özəlləşdirmə çeklərini (xarici səhmdar olduqda həm də özəlləşdirmə opsionlarını) təqdim etməlidir. O, həmçinin İnvestisiya Proqramı ilə müəyyən edilmiş sərmayənin ümumi məbləğinin 5 faizinə qədər hissəsinin pul vəsaiti şəklində 30 təqvim günü müddətində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini təmin etməlidir.
Müsabiqədə iştirak etmək üçün ərizə və təkliflər 2006-cı il mayın
22-dək qəbul olunacaq, müsabiqə komissiyası tərəfindən təkliflərin qiymətləndirilməsinə isə mayın 24-dən başlanılacaqdır.