Sumqayıtda “Dolu” filminin təqdimatı keçirilmişdir
Sumqayıt, 29 noyabr (AZƏRTAC). Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında “Dolu” filminin təqdimatı keçirilmişdir.
Ekran əsəri tanınmış jurnalist və yazıçı, Milli Məclisin deputatı Aqil Abbasın eyniadlı romanının motivləri əsasında çəkilmişdir.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qafarov dövlət sifarişi ilə çəkilmiş filmin məziyyətindən danışmışdır.
Əsər və film haqqında fikirlərini qısa şəkildə bölüşən Aqil Abbas hazırda romanın həm türk, həm rus dilinə tərcümə olunmasını da bildirmişdir.
Tammetrajlı, bir saat 30 dəqiqəlik filmin rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nazim Mehdiyev, filmdə səslənən mahnının bəstəkarı Polad Bülbüloğludur.
Ekran əsərində Qarabağ müharibəsində Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edilir. Filmin çəkilişləri Şəmkirdə, Ağdamda, İsmayıllıda, Ağcabədidə, Sumqayıtda aparılmışdır.
Film böyük maraqla izlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2026 [18:15]
Azərbaycan teatrı Kişineuda beynəlxalq festivalda təmsil olunub
- 28.05.2026 [23:05]
Milli musiqi gecəsi - “Balabanın sehrində”
- 28.05.2026 [20:04]
Milli Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edir
- 28.05.2026 [12:02]
Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO
- 27.05.2026 [21:11]
Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub VİDEO
- 27.05.2026 [19:53]
Azərbaycanın xor kollektivi beynəlxalq müsabiqədə laureat adını qazanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
İstanbulun fəthindən 573 il ötür
- [14:46]
Milli musiqi gecəsi - “Balabanın sehrində”
- 28.05.2026 [23:05]
İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır
- 28.05.2026 [22:22]
Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan
- 28.05.2026 [21:56]
Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb
- 28.05.2026 [21:19]
Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub
- 28.05.2026 [21:08]
“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj
- 28.05.2026 [20:55]
"Qəbələ" Premyer Liqada qalıb
- 28.05.2026 [20:50]
Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb
- 28.05.2026 [20:35]