Sumqayıtda təşkil olunan qanvermə aksiyasında 200-dən çox könüllü iştirak etmişdir
Sumqayıt, 6 iyun ( AZƏRTAC). İyunun 6-da Sumqayıtda qanvermə aksiyası keçirilmişdir. Aksiya Səhiyyə Nazirliyinin tərtib etdiyi qrafikə uyğun olaraq, “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrasına dəstək məqsədi ilə Sumqayıt şəhər səhiyyə şöbəsi tərəfindən təşkil olunmuşdur.
Şəhər səhiyyə şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında keçirilən humanitar aksiyaya tibb müəssisələrinin əməkdaşları ilə yanaşı, ictimaiyyətin nümayəndələri də qoşulmuşlar.
Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlamışlar. Götürülən qan nümunələri laboratoriya müayinəsindən sonra irsi qan xəstələrinin müalicəsində istifadə olunacaqdır.
Qeyd edək ki, müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə keçirilən bu nəcib aksiyada 200-dən çox könüllü iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]