ELM VƏ TƏHSİL
ŞURANIN MÜƏLLİMLƏRİNİN TOPLANTISI KEÇİRİLMİŞDİR
Müəllim günü münasibətilə Suraxanı rayon təhsil işçilərinin toplantısı keçirilmişdir.
Rayon Təhsil şöbəsinin müdiri Fərhad Həsənov yığıncaqda çıxış edərək müəllimlərə göstərilən dövlət qayğısından danışmış, rayon məktəblərinin uğurlarını xatırlatmış, rayonun pedaqoji işçilərinin 15 oktyabr prezident seçkilərində fəal iştirak edəcəklərinə və xalqın müqəddəratını həll etməyi bacaran, ən layiqli namizədə səs verəcəklərinə əmin olduğunu bildirmişdir.
Çıxış edənlər dövlət qayğısına əməli işlə cavab verəcəklərini, gənc nəslin təlim-tərbiyəsində səylərini əsirgəməyəcəklərini vurğulamışlar.
Sonra məktəblilər maraqlı konsert proqramı ilə çıxış etmişlər.