Suriya İordaniya ilə sərhəd-keçid məntəqəsini bağlayıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Suriya İordaniya ilə sərhəddə yerləşən “Nasib” keçid məntəqəsində sərnişin və yükdaşımalarını müvəqqəti dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Suriyanın Sərhəd və Gömrük Nəzarəti Baş İdarəsi məlumat yayıb.
Qərarın Dəraa əyalətindəki vəziyyətlə əlaqədar qəbul edildiyi və sərnişinlərlə sərhəd əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinə yönəldiyi bildirilib.
Bundan əvvəl Suriyanın Xarici İşlər Nazirliyi İordaniyanın əvvəlcədən razılaşdırılmadan ölkə ərazisində əməliyyatlar keçirməsinə etiraz edib. Nazirlik İordaniya Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində Dəraa əyalətində insanların həlak olması və yaralanmasından təəssüf hissi keçirdiyini açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [11:43]
Saçını düzləşdirən qadın xəstəxanalıq olub
- 27.10.2026 [10:32]
İsraildə parlament seçkiləri keçirilir
- 27.10.2026 [10:21]
BMT: Münaqişə və müharibələrdə hər gün təqribən 25 qadın və qız öldürülür
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]