TACİKİSTAN PREZİDENTİ AND İÇMİŞDİR
Mərasim ölkə hökuməti iqamətgahının ərazisində xüsusi olaraq tikilmiş “Koxi Samon” sarayında keçirilmişdir. Emoməli Rəhmonov andın mətnini oxumuş və seçkilərin yekunları elan olunduqdan sonra prezident vəsiqəsini qəbul etmişdir.
Mərasimdən sonra dövlət başçısı ölkənin xarici siyasətinə dair bir sıra bəyanatlar vermişdir. Rəhmonov bəyan etmişdir ki, Tacikistan uzunmüddətli xarici siyasət çərçivəsində Rusiya, ABŞ və Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı genişləndirəcəkdir. Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetiriləcəkdir.
Xatırladaq ki, Emoməli Rəhmonov noyabrın 7-də keçirilən seçkilərdə səslərin 79,3 faizini toplayaraq, üçüncü müddətə prezident seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]