Tailand Kamboca ilə qarşıdurmaya döyüş təyyarələri cəlb edib
Bakı, 8 dekabr, AZƏRTAC
Tailand qonşu Kamboca ilə yaranmış sərhəd gərginliyi fonunda döyüş təyyarələrini havaya qaldırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Tailand ordusu açıqlama yayıb. Tailand tərəfi döyüş təyyarələrinin cəlb olunmasının Kamboca ordusunun açdığı atəş nəticəsində 2 əsgərin ölümü və 4 hərbçinin yaralanmasına cavab olduğunu bəyan edib.
Kamboca Müdafiə Nazirliyinin rəsmisi isə Tailand hərbçilərinin ardıcıl 2 gündür Kamboca sərhədçilərinə atəş açdığını, amma buna cavab verilmədiyini açıqlayıb.
Qeyd edək ki, Kamboca-Tailand sərhəd münaqişəsi iki ölkə sərhədində 2008-ci ildə silahlı toqquşmalarla başlayıb. Münaqişənin kökündə Kamboca və Tailand krallıqları arasında Preahvihear məbəd kompleksi ətrafındakı ərazilərə dair əsrlər boyu davam edən mübahisədir. Ötən müddətdə insan ölümü ilə nəticələnən bir neçə atışma olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]