Tailandda ikimərtəbəli avtobusun yük maşını ilə toqquşması nəticəsində 19 nəfər ölüb
Bakı, 22 mart, AZƏRTAC
Tailandın şimal-şərqində yerləşən Nakxonratçasima əyalətində ikimərtəbəli avtobusun yük maşını ilə toqquşması nəticəsində 19 nəfər ölüb, 35 nəfər yaralanıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, içində 50 sərnişinin olduğu avtobus Çantxaburi əyalətindən Sakonnakxona gedirmiş. Toqquşma nəticəsində avtobus aşıb, yük maşını isə ağaca çırpılıb. On beş nəfər yerindəcə ölüb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Avtobusun sürücüsü sağ qalıb. Qəzanın dəqiq səbəbi məlum deyil. Araşdırma davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]