“Taliban” hərəkatı Bədəxşan əyalətinin administrativ mərkəzini ələ keçirib

Bakı, 11 avqust, AZƏRTAC
“Taliban” hərəkatı Əfqanıstanın şimalında yerləşən Bədəxşan əyalətinin administrativ mərkəzi - Feyzabad şəhərinin nəzarətini ələ keçirib.
AZƏRTAC Pajhwok informasiya agentliyinə istinadla xəbər verir ki, taliblər artıq ölkənin doqquz şimal əyalətinin yeddisinin mərkəzinə nəzarət edir. Bəlx və Fəryab əyalətlərinin inzibati mərkəzləri - Məzari-Şərif və Meymene şəhərləri isə hələlik hökumət qüvvələrinin əlindədir.
Agentliyin məlumatına görə, Bədəxşan əyalətinin 27 rayonundan 25-i “Taliban” hərəkatının nəzarətindədir. Hökumət qüvvələri bir neçə gün davam edən ağır döyüşlərdən sonra Feyzabad şəhərini tərk etmək məcburiyyətində qalıb. Həmçinin taliblər avqustun 10-da Fərah və Baqlan əyalətlərinin mərkəzləri Fərah və Puli-Xumri şəhərlərinə də daxil olublar. Hazırda ölkənin cənubunda yerləşən Qəndəhar və Hilmənd əyalətlərində döyüşlər davam edir.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma illərdir davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” hərəkatı arasında başlayan sülh danışıqlarında hələlik heç bir irəliləyiş əldə olunmayıb. Bu il aprelin 14-də ABŞ Prezidenti Cozef Bayden qoşunların Əfqanıstandan çıxarılması barədə qərar qəbul edib. “Taliban” hərəkatı isə xarici qoşunların Əfqanıstanı tərk etməsi fonunda bütün cəbhəboyu irimiqyaslı hücum əməliyyatlarına başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.07.2025 [22:04]
Ukrayna Rusiyanın hərbi təmayüllü zavoduna hava zərbələri endirib
- 07.07.2025 [20:36]
Ermənistan parlamenti Seyran Ohanyanın deputat toxunulmazlığını ləğv edib
- 07.07.2025 [17:45]
Xüsusi elçi: ABŞ Livanda sülh və rifahın yaranmasına sadiqdir
- 07.07.2025 [17:30]
“Danas” qasırğası Tayvanda insan tələfatına səbəb olub
- 07.07.2025 [17:10]