Tanınmış şair Əli Tudənin 95 illiyi münasibətilə sərgi təşkil edilib
Bakı, 4 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzi Kitabxana Sisteminin 4 saylı filialında Azərbaycanın sevilən şairlərindən olan Əli Tudənin anadan olmasının 95 illiyi münasibətilə sərgi təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçılarına Əli Tudənin həyat və yaradıcılığı barədə məlumat verilib. Bildirilib ki, Cənub həsrəti ilə yaşayıb-yaradan şair çətinliklər, məhrumiyyətlərə dözərək poeziyamıza rəngarəng, zəngin ədəbi irs bəxş edib. Əli Tudə 40-a yaxın kitabın müəllifidir. Vətənpərvərlik, xəlqilik, yüksək ideallar onun yaradıcılığının əsas qayəsini təşkil edir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]