TANINMIŞ TƏDQİQATÇI ALİM AİDA İMANQULİYEVANIN ELMİ İRSİNƏ MARAQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mərkəzin direktoru, şair-jurnalist Məmməd Gülməmmədov çıxış edərək müəllif və kitab haqqında ətraflı məlumat verərək demişdir: “Azərbaycan ədəbi fikir tarixinin incisi hesab olunan bu sanballı tədqiqat əsəri bizim üçün də maraqlıdır”.
Sonra professor Georgi Şakulaşvili, tədqiqatçı alim Klara Barataşvili, “Gürcüstan” qəzetinin redaktoru Süleyman Süleymanov, şair İmir Məmmədli, professor Valeh Hacıyev, şair-tərcüməçi Zezva Medulaşvili, jurnalistlərdən İslam Əliyev, Nəsib Nəsibov və başqaları kitabla bağlı öz mülahizələrini söylədilər.
Ərəbşünas, filologiya elmləri doktoru Quram Çikovani tədqiqatçı alim Aida xanımın yaradıcılığı ilə Gürcüstanda da yaxşı tanış olduqlarını qeyd edərək, onun hər məqalə və əsərində milli-ədəbi dəyərlərin bəşəri dəyərlərlə əlaqəli şəkildə araşdırmalarının misilsizliyini, geniş və əhatəli tədqiqatçılıq məharətini xüsusi vurğuladı.
O, gürcü şərqşünaslarının, ilk növbədə, ərəbşünaslarının bu əsərlə tanış olması üçün onun gürcü dilinə tərcümə edilməsinin vacibliyini və bunun üçün tezliklə sponsorlar tapılacağına ümid bəslədiyini söylədi.