Tarix İnstitutunda dəyirmi masa - “Azərbaycan tarixinin aktual problemləri”
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycan tarixinin aktual problemləri” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov tədbirin mahiyyətindən danışıb. K. Şükürov zəngin tarixə malik olduğumuzu bildirib. Azərbaycan tarixinin daha dərindən araşdırılması, mövcud problemlərin aşkarlanması və gələcəkdə aradan qaldırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Sonra tarix elmləri doktoru, professor İkram Ağasiyev, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov çıxış edərək Azərbaycan tarixinin aktual problemləri ətrafında geniş müzakirələr aparıblar.