Tarix Muzeyinin ekspozisiyası zənginləşdirilir
Bakı, 7 yanvar, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, müzakirə zamanı çıxış edən alimlər müvafiq ekspozisiyanın orta əsrlər dövrünə aid mövzuları, eləcə də həmin mövzulara aid eksponatların nümayişi barədə fikirlərini bildiriblər. Azərbaycanın dövlətçilik tarixinin daha qabarıq şəkildə, eləcə də müasir dövrün tələbləri çərçivəsində təqdim edilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Bu baxımdan ekspozisiyada “Azərbaycan VII-X əsrlərdə. Ərəb işğalına qarşı mübarizə”, “IX-XI əsrlərdə Azərbaycan dövlətləri”, “Şirvanşahlar dövləti” və “Azərbaycan XI-XII əsrlərdə: Səlcuq imperiyası, Atabəylər dövləti” mövzularına aid eksponatların yerləşdirilmə məkanları və formaları dəqiqləşdirilib. Eyni zamanda, Azərbaycan xalqının orta əsrlər dövrünə aid maddi və mənəvi mədəniyyətinin yeni eksponatlar hesabına daha da zənginləşdirilməsi qərara alınıb. Fond materiallarından ibarət kataloqların nəşri və 2019-cu il üçün elmi fond şöbələrinin planları, o cümlədən muzey əməkdaşlarının elmi məqalələrinin çap olunması məsələləri də müzakirə edilib.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı müzakirə olunan məsələ ilə bağlı tövsiyələrini verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]