Tarix və Etnologiya İnstitutunun yeni nəşrləri işıq üzü görüb
Bakı, 2 dekabr, AZƏRTAC
Bu günlərdə AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycanın etnik, siyasi və mədəni tarixinin müxtəlif dövrlərinə həsr olunan iki monoqrafiya nəşr olunub.
İnstitutdan AZƏRTAC -a bildirilib ki, Azərbaycanın qədim dövr tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Allahverdi Əlimirzəyevin “Urmiya hövzəsi tayfaları Azərbaycanın etnik, siyasi və mədəni tarixində” adlı monoqrafiyasında Urmiya gölü hövzəsinin Ön Asiyanın mühüm dövlətlərinə yaxınlığının əhəmiyyəti, bölgənin minilliklər boyunca mühüm etnik, hərbi-siyasi və mədəni proseslərin mərkəzi olması ətraflı təhlil edilir.
Qərbi Azərbaycan şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru, dosent Elçin Qarayevin “Qərbi Azərbaycan XIX yüzilliyinin ikinci yarısı – XX yüzilliyinin əvvəllərində” adlı monoqrafiyasında isə müxtəlif mənbələr və arxiv materialları əsasında İrəvan quberniyasının siyasi, sosial-iqtisadi və mədəni həyatı geniş şəkildə işıqlandırılır. Hər iki nəşr Azərbaycan tarixinin az tədqiq olunmuş sahələrinə dair yeni elmi yanaşmalar ortaya qoyur və müvafiq istiqamətlər üzrə dəyərli mənbə rolunu oynayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]