Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixçi alim: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması tarixi ədalətin bərpasıdır

Bakı, 15 iyul, AZƏRTAC

Müasir dünya xəritəsində Azərbaycan Avropanı Asiya ilə birləşdirən körpü rolunu oynayır. Bu iki qitəni bir-biri ilə əlaqələndirən mühüm beynəlxalq ticarət yolları ölkəmizin ərazisindən keçir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasına və sabitliyin yaranmasına doğru atılmış mühüm addım oldu. İndi Qafqaz regionunda sonuncu nəsil hərbi-texniki vasitələrdən, müasir silahlardan istifadə edərək uğurlu döyüş əməliyyatları aparmaq qüdrətinə malik olan güclü ordu Azərbaycan Respublikasının Silahlı Qüvvələridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib.

O bildirib ki, ordumuz regionda təxribat törətmək istəyən istənilən təcavüzkar qüvvənin layiqli cavabını vermək qüdrətindədir. Son iki yüz ildə Qafqaz regionunda ən uğurlu hərbi əməliyyat Qarabağın erməni işğalından azad edilməsi, ən böyük beynəlxalq iqtisadi layihə isə yaxın günlərdə reallaşmaqda olan Zəngəzur dəhlizinin tikilməsidir. Hazırda Qarabağda erməni vandalizmi nəticəsində dağıdılan infrastruktur yenidən qurulur, “ağıllı kənd” layihəsi uğurla həyata keçirilir. Genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində yaxın zamanlarda əhalinin yenidən öz doğma yurd-yuvasında məskunlaşdırılması nəzərdə tutulur. Bununla yanaşı Asiya ilə Avropanı, həmçinin türk dünyasını birləşdirən beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin tikilməsi Azərbaycanı qısa müddət ərzində logistika sahəsində və beynəlxalq ticarətdə lider dövlətə çevirəcək. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı bu istiqamətdə atılan önəmli addımdır. Bu Fərman tarixi ədalətin bərpa olunması deməkdir.

Tarixçi alim diqqətə çatdırıb ki, etibarlı tarixi mənbələr nəinki Qarabağ, hətta indiki Ermənistan ərazisi, eləcə də İrəvan, Dərələyəz, Vedi, Ağbaba, Şörəyel, Pəmbək, Gərnibasar, Zəngibasar, Dərəçiçək və Zəngəzur torpaqları Azərbaycan türkünün ata yurdu olduğunu təsdiq edir: “Məşhur italyan coğrafiyaçısı Cakomo Qastaldinin 1559-1561-ci illərdə hazırladığı “Ön Asiya xəritəsində” (La Descrittione Della Prima Parte Dell' Asia - “Asiyanın ilk bölümünün təsviri”) Göyçə gölü ətrafında erməni və ya hay adlı etnosdan bəhs edilmir. İlk dəfə bu xəritədə Göyçə gölünün və Zəngəzurun adı çəkilib. Göyçə gölünün adı ermənilərin qondarma Sevan adı kimi yox, Azərbaycan türkcəsində olduğu kimi Göyçə gölü, Zəngəzur adı isə qədim mənbələrdə olduğu kimi Zaka (Saka, yəni “Sak türklərinin yurdu”) şəklində qeyd olunub. Zəngəzur adı Sak türk boyunun adından qaynaqlanır və bir çox mənbələrdə bu ad Zanqi və ya Zəngi kimi çəkilib. 1571-ci ildə brabant coğrafiyaçısı Abraham Orteliusun Avropanı və Qərbi Asiyanı təsvir edən xəritəsində bütün Şərqi Anadolu və Azərbaycanın qərb torpaqları türk boylarının yurdu (Turcomani) adlandırılıb”.

Ramin Əlizadə diqqətə çatdırıb ki, Qarabağın və Zəngəzurun yerli əhalisi olan azərbaycanlılar son bir əsrdə çar Rusiyasının bölgəyə köçürdüyü ermənilər tərəfindən soyqırımına məruz qalıb. Ermənilər burada yüzlərlə tarixi-mədəni abidəmizi məhv edib, yer-yurd adlarımızı qondarma adlarla əvəzləyiblər. Heç bir tarixi mənbədə mövcud olmayan Dağlıq Qarabağ termini ilk dəfə 1921-ci il iyulun 4-də Rusiya Kommunist Bolşeviklər Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosunun iclasında ortaya atılıb. Qarabağın yerli əhalisi olan azərbaycanlılar arasında heç bir referendum keçirilmədən, hüquqi cəhətdən qeyri-qanuni olaraq 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradıldı: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qurumun qondarma olduğunu, ümumiyyətlə isə Dağlıq Qarabağ saxtakarlığına öz çıxışlarında dəfələrlə toxunub. Hələ XIX əsrdə Qarabağ tarixi haqqında yazılmış əsərlər və mənbələr “Qarabağnamə” və ya sadəcə olaraq “Qarabağ tarixi” adı ilə məlumdur. Dağlıq Qarabağ ifadəsi bu mənbələrin heç birində mövcud deyil. Özlərindən saxta tarix uyduran ermənilərin Qarabağın dağını aranından ayırmaq, onu inzibati ərazi vahidlərinə bölmək xəyalları 44 günlük Vətən müharibəsi nəticəsində puça çıxdı. Qarabağ uğrunda Vətən savaşında zəfər qazanan Azərbaycanın xəritəsində artıq Dağlıq Qarabağ ifadəsi mövcud deyil. Bu anlayışın növbəti erməni feyki olduğu aşkardır. Bu həqiqətdir. Zaman keçir, tarix dövr edərək kimin kim olduğunu göstərir. Bu gün Qarabağ salnaməsi davam edir, Qarabağın tarixi yazılır, qərəzsiz və ədalətli”.

Tarixçi qeyd edib ki, hələ keçən əsrin 20-ci illərində Sovet Rusiyasının fəal təzyiqi ilə Azərbaycanın tarixi torpaqları hissə-hissə bölünərək Ermənistana verildi. Həmin dövrdə Zəngəzurun qərb hissəsi - Gorus, Qafan, Qarakilsə və Meğri rayonları Azərbaycan SSR-dən alınaraq Ermənistan SSRİ-nin tərkibinə qatıldı. XX əsrin əvvəllərində Zəngəzurda 40-a yaxın məscid və mədrəsə vardı. Sovet hökuməti qurulduğu andan onun ilk tədbirlərindən biri də müsəlman abidələrini məhv etmək oldu. Məscidlər tövlələrə və taxıl anbarlarına çevrildi. 1920-30-cu illərdə Zəngəzurda onlarla tarixi və mədəni abidə məhv edildi. Zəngəzurun Azərbaycan türkünə aid yüzlərlə yer-yurd adı dəyişdirildi. 1940-cı il martın 2-də Qarakilsə rayonunun adı ermənilər tərəfindən dəyişdirilərək qondarma Sisian adı kimi rəsmiləşdirildi. Azərbaycan SSR-in tərkibində qalan Şərqi Zəngəzur ərazisində yerləşən Qubadlı, Laçın və Zəngilan rayonları 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi: “44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ və Şərqi Zəngəzur əraziləri erməni işğalından azad edildi. İndi qarşıda duran başlıca məsələ azad edilmiş torpaqlarımızda erməni vandallarının dağıtdığı yaşayış məntəqələrini, tarixi və mədəni abidələri bərpa etmək, sonra isə bu torpaqlara öz əzəli sakinləri olan azərbaycanlıların qayıdışını təmin etməkdir. Qarabağın və Şərqi Zəngəzurun iqtisadi dirçəlişinin əsasını “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanı təşkil edir.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması nəticəsində Azərbaycan Respublikası özünün təkcə coğrafi yox, həmçinin sosial-iqtisadi bütövlüyünü təmin edəcək. Burada diqqəti çəkən başlıca məqam Zəngəzurun tarixi adının bərpa olunmasıdır. Onun bir hissəsinin Şərqi Zəngəzur adı ilə rəsmiləşdirilməsi isə tarixi ədalətin bərpa edilməsidir. Bu bütün dünyaya Azərbaycanın tarixi ərazisi olan Zəngəzurun şərqi varsa, qərbi də olmuşdur mesajının verilməsidir. Zəngəzur dəhlizinin inşa olunması uzun illər blokada vəziyyətində qalan Naxçıvan Muxtar Respublikasının iqtisadi dirçəlişinə səbəb olmaqla yanaşı, yaxın gələcəkdə Azərbaycanın tarixi torpağı olan Qərbi Zəngəzura qovuşmasına, yəni Zəngəzur torpağının bütövləşməsinə də yol açacaq. Azərbaycan türkünün tarixi vətən torpağı olan Zəngəzurun ardınca Göyçəyə, Dərələyəzə, Vediyə, Ağbabaya, Şörəyelə, Gərnibasara, Zəngibasara, Dərəçiçəyə və İrəvana qayıtmasına çox az qaldı”, - deyə tarixçi alim Ramin Əlizadə vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Xırdalanda yaşayış kompleksində yanğın baş verib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib