TARİXİ HADİSƏLƏRİN... “QARA NİŞANƏ”Sİ EKRANDA
Görkəmli rejissor Vaqif Mustafayevin Azərbaycan Prezidenti Heydər Əliyevin həyatını və genişmiqyaslı fəaliyyətini əks etdirən iki seriyalı “Qara nişanə” bədii filminin çəkilişi başa çatmışdır. Quruluşçu rejissor Vaqif Mustafayev AZƏRTAC-ın müxbirinə demişdir ki, keçmiş Sovet İttifaqı respublikalarında son onilliklərdə baş vermiş tarixi hadisələri əks etdirən filmin kadrları Bakı, Moskva və Naxçıvanda geniş, əhatəli səs sistemi ilə çəkilmişdir. Hazırda film üzərində montaj işləri aparılır. Qeyd olunmuşdur ki, yeni ekran əsərində Azərbaycan Prezidenti Heydər Əliyevin rolunu Polşanın tanınmış aktyoru Tadeuş Xuk, keçmiş SSRİ prezidenti Mixail Qorbaçov rolunu Rusiyanın xalq artisti Vsevolad Şilovski ifa edirlər. “Qara nişanə”dəki digər rollarda Gürcüstanın xalq artisti Aftandil Maxaradze, Rusiyanın xalq artisti Andrey Martınov, Bolqarıstanın xalq artisti İordan Mutafov, türk aktrisası Bürcü Çayçıoğlu, azərbaycanlı aktyorlar – xalq artistləri Yaşar Nuri, Muxtar Maniyev, əməkdar artistlər Nuriyyə Əhmədova, Səidə Quliyeva, Rafiq Kaşanlı və başqaları oynayırlar. Montaj başa çatdıqdan sonra filmin səsləndirmə işləri Moskvada aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]