ELM VƏ TƏHSİL
TARİXİMİZİN QANLI SƏHİFƏSİ XATIRLANMIŞDIR
Martın 29-da Müstəqil Azərbaycan Universitetində xalqımızın tarixinin ən qanlı səhifələrindən biri - 31 Mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. AZƏRTAC-ın müxbiri xəbər verir ki, universitetin rektoru professor Nisbət Mehdiyeva mərasimi açaraq, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının tarixi əhəmiyyətindən danışmışdır.
Çıxış edənlər qəsbkar ermənilərin zaman-zaman Azərbaycanda törətdikləri vəhşiliklərdən, soydaşlarımızın başına gətirdikləri müsibətlərdən danışmış və bu faciəli hadisənin heç zaman unudulmayacağını bildirmişlər.