Tbilisidə etiraz aksiyası keçirilir
Tbilisi, 12 iyul, AZƏRTAC
Tbilisidə parlamentin binası önündə sayca 23-cü etiraz aksiyası keçirilir.
AZƏRTAC xəbər verir ki, müxalifət liderlərinin də qatıldığı aksiyada Gürcüstanın Daxili İşlər naziri Georgi Qaxarianın istefası tələb olunur.
Eyni tələblə parlamentin binası qarşısında bir neçə etirazçı aclıq aksiyasını davam etdirir.
Təşkilatçılar iyunun 20-21-də Tbilisidə baş verən hadisələrə görə məsuliyyətin G.Qaxarianın üzərində olduğunu bildirirlər.
G.Qaxari istefa verməyəcəyini bəyan edib. O deyib ki, indiki zamanda istefa verməsi onun üçün məsuliyyətdən qaçmaq deməkdir. Nazir araşdırmaların davam etdiyini və günahkar şəxslərin cəzalandırılacağını bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]