TBİLİSİDƏ X BEYNƏLXALQ TURİZM SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tbilisidə X Beynəlxalq turizm sərgisi açılmışdır.
Sərgidə Gürcüstan, Türkiyə, Ukrayna və digər ölkələrin təmsilçiləri iştirak edirlər. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Ayhan Altun jurnalistlərlə söhbəti zamanı ölkəsinin sərgidə geniş təmsil olunduğunu, Türkiyənin bütün bölgələrinin turizm imkanlarını göstərən broşürlərin, kitabçaların nümayiş etdirildiyini və sorğulara ətraflı cavab verildiyini vurğulamışdır.
Gürcüstanda Türkiyə ilə maraqlananların sayının getdikcə artdığını, bu işdə belə tədbirlərin müstəsna rol oynadığını deyən A.Altun bildirmişdir ki, Türkiyəyə gələn turistlər arasında, əsasən, Almaniya və Rusiya vətəndaşları çoxluq təşkil etsələr də, son illər gürcüstanlı turistlərin sayı nəzərəçarpacaq dərəcədə artmışdır.
Ötən il Türkiyəyə 21 milyon turist gəlmişdir.
Müqayisə üçün deyək ki, bu il Gürcüstan 1,3 milyon turist gözləyir. Onların yarım milyonu Acarıstanın payına düşəcəkdir.
Sərgi aprelin 12-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]