ELM VƏ TƏHSİL
TBİLİSİDƏKİ AZƏRBAYCAN MƏKTƏBLƏRİNİN İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ HƏDİYYƏ
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər veirir ki, Gürcüstan paytaxtındakı M.Axundov adına 73 nömrəli və 64 nömrəli Azərbaycan orta məktəblərinin ibtidai sinif şagirdlərinə Azərbaycan dilində dərsliklər paylanmışdır. Məktəblərin hərəsinə 180 nüsxə dərslik verilmiş və bununla da onların ibtidai sinif şagirdləri dərsliklərlə tam təmin olunmuşlar.
Bu xeyriyyə tədbirini “Yeni Gürcüstan uğrunda” iqtidayönlü blok həyata keçirmişdir. Onun nümayəndəsi, blokun Tbilisi şəhər təşkilatı rəhbərinin müavini Tamaz Supataşvili məktəblərdə olmuşlar.
O, müxbirimizlə söhbətində bildirmişdir ki, Prezident Heydər Əliyevin Gürcüstandakı Azpərbaycan məktəblərinin şagirdlərinə atalıq qayğısı sayəsində hər il onlar dərslik və tədris ləvazimatı ilə təmin olunurlar. Biz şadıq ki, bu gözəl ənənəni onun oğlu, ölkənizin Baş naziri İlham Əliyev də layiqincə davam etdirir.
Gürcüstanın bütün bölgələrindəki Azərbaycan məktəblərinin ibtidai siniflərinə Azərbaycandan dərsliklər gətirilib paylanmışdır. Yaxın günlərdə yuxarı sinif şagirdləri də dərsliklərlə təmin olunacaqlar.