Tbilisidəki “Olimpiya kəndi”ndə səhra xəstəxanası qurulub
Tbilisi, 16 avqust, AZƏRTAC
Gürcüstanda epidemioloji vəziyyət daha da pisləşib. Hökumət xəstəxanalarda çarpayı problemini həll etmək üçün müxtəlif yollar axtarır.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin təlimatı ilə Tbilisinin ən böyük idman obyektlərindən olan “Olimpiya kəndi”ndə 4 min çarpayılıq səhra xəstəxanası qurulub. “Olimpiya kəndi” çarpayı və digər lazımi avadanlıqla artıq təchiz olunub.
Epidemioloqlar infeksiyanın tüğyan etməsini koronavirusun yeni ştamlarının yayılması ilə əlaqələndirirlər. Hazırda Gürcüstanda “delta”, “Britaniya” ştamları ilə yanaşı, “delta plyus” variantlarına da yoluxma faktları qeydə alınır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi