TDT Baş katibinin müavini Qismət Gözəlovun səlahiyyət müddəti başa çatıb
İstanbul, 24 noyabr, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatında (TDT) xidmət müddətinin başa çatması ilə əlaqədar təşkilatın Baş katibinin müavini Qismət Gözəlovla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə son dörd ildə Türk Dövlətləri Təşkilatının əldə etdiyi nailiyətləri xüsusi vurğulayan Mövlud Çavuşoğlu Qismət Gözəlovun qurum çərçivəsində əməkdaşlıqların çoxşaxəli inkişafı istiqamətində göstərdiyi xidmətlər, eləcə də Türk dünyasının birliyinə verdiyi töhfələri yüksək qiymətləndirib.
Öz növbəsində Türkiyə dövlətinin TDT-yə verdiyi davamlı dəstəyi üçün Mövlud Çavuşoğluna minnətdarlığını ifadə edən Qismət Gözəlov xidmət müddəti ərzində Türkiyə XİN-in göstərdiyi qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Günel Məlik
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul