Azərbaycan Dövlət İnformasiya Agentliyi

Teatr Muzeyinin “Cənnətim Qarabağ” rubrikası davam edir

Teatr Muzeyinin “Cənnətim Qarabağ” rubrikası davam edir

Bakı, 18 noyabr, AZƏRTAC

“Şuşa İli” ilə əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.

Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Qarabağ xanəndəlik məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycan muğam sənətinin böyük ustadı Xalq artisti Xan Şuşinskiyə həsr olunub.

Əsl adı İsfəndiyar olan böyük sənətkar 1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açıb. Atası Aslan ağa Cavanşir, Qarabağ xanlığının banisi Pənahəli xanın nəvəsi Məhəmməd bəy Cavanşirin nəticəsidir. Anası Bəyimxanım isə Cavanşirlər sülaləsinin bir qolu olan Behbud bəyin şəcərəsinə mənsubdur. Olduqca zəngin bir nəslin nümayəndəsi kimi Aslan ağa da yalnız Şuşada deyil, həm də Xan bağı yaxınlığındakı Ballıca kəndində böyük mülkə, var-dövlətə sahib idi. Lakin mənfur xislətli ermənilərin 1905-1907-ci illərdə, eləcə də 1918-ci ildə Qarabağda dəfələrlə törətdikləri iğtişaşlar zamanı onların evləri yandırılır, bütün malları, təsərrüfatları isə talan edilir. Bu səbəbdən də müflisləşmiş ailə Ağdama köçmək məcburiyyətində qalır. Anasının erkən vəfatından sonra balaca İsfəndiyar burada qohum-əqrəbanın himayəsində böyüyür. Hələ Ağdama köç etmədən əvvəl mədrəsədə, sonra Şuşadakı "Realnı" məktəbdə yazmağı, oxumağı mükəmməl öyrənən İsfəndiyarın təlim-tərbiyəsinə xüsusi diqqət yetirilir. Atası və əmiləri mütərəqqi fikirli insanlar olduğundan tez-tez ədəbi-musiqili məclislər təşkil edir və evlərinə Qarabağın söz ustalarını, muğam, poeziya aşiqlərini toplayırdılar. Onu əhatə edən belə ədəbi mühitin təsiri ilə İsfəndiyarın ədəbiyyata, poeziyaya meyili get-gedə artır. Hələ uşaq yaşlarından böyük həvəslə Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Zabul Qasımın, Segah İslamın, Əbülhəsənxan İqbalın, Keçəçioğlu Məhəmmədin, Məşədi Məmməd Fərzəliyevin qrammafon vallarını saatlarla dinləyir və arada özü də zümzümələr edirdi. Çox keçmir ki, atasının dəstəyi ilə məclislərin birində həmin dövrdə Segah İslam adı ilə tanınan məşhur xanəndə İslam Abdullayevlə tanış olur və ondan muğam, musiqi dərsləri alır. Qısa zaman ərzində müəllimindən “Rast”, “Şüştər”, “Segah”, “Şur” muğamlarının incəliklərini və el mahnılarını öyrənən yeniyetmə İsfəndiyarın bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin də böyük təsiri olur. Deyilənə görə “Xan” ismini ona məclislərin birində şagirdinin valehedici ifasından çox qürurlanan Segah İslam özü verib. Ustadından həm əsrlərlə unudulmayacaq bir ləqəbi, həm də sənət məşəlini alaraq qətiyyətlə yoluna davam edən bu istedadlı gəncin şöhrəti bütün el-obaya yayılır. Qarabağ mahalında təşkil olunan şənliklərdə, yığıncaqlarda çıxışları ilə hamını feyzyab edən gənc xanəndə 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini daha da genişləndirir. Onun səsi artıq geniş konsert salonlarından, klublardan, radiodan gəlməyə başlayır. Xanın ilk rəsmi çıxışı 1923-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında baş tutur. Həmin gün Qafqazın konservatoriyası adlanan Şuşadan gəlmiş 22 yaşlı xanəndəni dinləməyə gələn musiqi həvəskarlarının, sənət adamlarının sayı-hesabı yox idi. Bundan sonrakı illərdə şanı-şöhrəti nəinki respublikaya hətta ölkə hüdudlarından kənara yayılan sənətkar qastrolda olduğu bütün şəhərlərdə Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edir.

Düz otuz üç il Filarmoniyanın solisti olan X.Şuşinskinin adı afişalarda həmişə qırmızı hərflərlə birinci yazılırdı. Xanəndəliklə yanaşı bədahətən mahnılar da bəstələyən Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərb muğamları ilə yanaşı, təsniflər də böyük yer tuturdu. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” və s. kimi mahnıların müəllifi də Xan Şuşinskidir.

Geniş səs diapazonuna sahib olan xanəndə yaradıcılığı boyunca Azərbaycan milli musiqisinin təbliği yolunda böyük nailiyyətlərə imza atıb. O, 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. Həmçinin musiqi məktəbində də dərs deyərək, muğam ifaçılarının yeni nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərib.

Xanəndənin uzun illər səmərəli fəaliyyətini nəzərə alaraq, o, “Şərəf” nişanı ordeni ilə və bir çox medallarla təltif olunub, 1943-cü ildə isə birbaşa sürətdə Xalq artisti fəxri adına layiq görülüb.

Əbədiyaşar səsinə görə adı Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılan ölməz sənətkarımız Xan Şuşinski 1979-cu il martın 18-də Bakıda vəfat edib, İkinci Fəxri xiyabanda dəfn olunub.

Onu da qeyd edək ki, xanəndənin adının əbədiləşdirilməsi məqsədilə 2011-ci ildə Xan Şuşinskinin anadan olmasının 110 illiyi ərəfəsində sənətkarın ailəsi tərəfindən Xan Şuşinski Fondu yaradılıb.

Bu gün işğaldan azad olunan mədəniyyət incimiz Şuşamızda üçrəngli şanlı bayrağımızın dalğalanması Xan Şuşinski timsalında Qarabağ torpağının yetişdirdiyi bütün sənətkarlarımızın əziz ruhunu şad edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?